Qadın güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına hazırlıq planı üzrə növbəti təlim-məşq toplanışı üçün Ukraynaya yollanıblar.
"Olimpnews.az” Azərbaycan Güləş Federasiyasınn mətbuat xidmətinə əsasən xəbər verir ki, iyulun 5-dən 20-dək Zaroslyak şəhərində Ukraynanın qadın güləşçiləri ilə birgə hazırlıq keçəcək yığmamızın heyətində 6 güləşçi yer alıb. Toplanışda baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç, Alyona Kolesnik (hamısı - 58 kq) və Tatyana Omelçenko (60 kq) iştirak edirlər.
Məlumat üçün bildirək ki, Rio-de Janeyroda keçiriləcək XXXI Yay Olimpiya Oyunlarında güləşçilərimiz 14 (sərbəst 6, yunan-Roma 5, qadın 3) idmançı ilə təmsil olunacaq. Yarışlar avqustun 14-dən 21-dək keçiriləcək.