Birgə əməkdaşlıq barədə memorandum imzalandı

Birgə əməkdaşlıq barədə memorandum imzalandı



Iyulun 12-də Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının konfrans zalında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ADBTİA) və Azərbaycan Velosiped İdmanı Federasiyası (AVİF) arasında birgə əməkdaşlıq barədə memaramdum imzalandı.

"Olimpnews.az” xəbər verir ki, tərəflər memaranduma uyğun olaraq akademiyada velosiped idmanının təşviq edilməsi, tələbələrin bu idman növünə marağının artırılması üçün birgə tədbirlərin təşkili, həmçinin tələbələrin federasiya tərəfindən texniki təlimlərə və ixtisasartırma kurslarına cəlb olunması sahəsində əməkdaşlıq edəcəklər. Gələcəkdə velosoped idman növü üzrə müəyyən ödənişli əsaslarla mütaxəssislərin yetişdirilməsi, onların yerli və beynəlxalq yarışlarda iştirakına qarşılıqlı dəstək verilməsi istiqamətində də tərəflər arasında razılıq əldə olunub. Sənəddə ADBTİA və AVİF tərəfindən birgə yüksək ixtisaslı peşəkar kadr hazırlığını həyata keçirmək, birə elmi-tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
Memarandum Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov tərəfindən imzalandı.