Məktəblilər Astarada yarışıblar

Məktəblilər Astarada yarışıblar

Aprelin 23-də Astara Sərhəd Komendantlığında Lənkəran sərhəd dəstəsi, Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsi (Gİİ) "Sərhəd” hərbi idman oyunun Astara rayon turu keçirilib.
10 komanda (50 nəfər məktəbli), 10 nümayəndə və 5 nəfər hakimin iştirakı ilə təşkil olunan yarışda məktəblilər sıra hazırlığı, avtomatın sökülməsi və yığılması, "yaralanmış” sərhəd növbətçisinin üzvünə ilkin tibbi yardımın göstərilməsi və onun təxliyyəsi, kəndirdartma növlərində bacarıqlarını göstəriblər. Yarışın sonunda Səncərədi kəndinin təmsilçiləri birinci yerə layiq görülüblər. Artupa kəndi ikinci, şəhər 3saylı tam orta məktəbin komandaları üçüncü yeri tutub. Fəxri yerləri qazanan və mərhələlərdə fərqlənən komandalar RGİİ-nin fəxri fərmanlarına layiq görülüblər. Rayon turunun qalibi Səncərədi kəndin tam orta məktəb komandası isə 2013-cü ilin mart ayında Lənkəran şəhərində keçiriləcək respublika zona turunda Astara rayonunu təmsil edəcək.