Güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq

Güləş üzrə Avropa çempionatına bu gün yekun vurulacaq



İsveçin paytaxtı Stokholmda yeniyetmə güləşçilər arasında Avropa çempionatı davam edir.

"Olimpnews.az” xəbər verir ki” son yarış günündə 46 kq, 54 kq, 63 kq, 76 kqvə 100 kq çəkidə yunan-Roma güləşçiləri mübarizə aparırlar.

Yunan-Roma güləşçilərimizin akivində 2 bürünc medal var. Zaur Nuriyev (50 kq) və Ülvi Qənizadə (69 kq) fərqlənib.
Yarışlara bu gün yekun vurulacaq.