Marina Durunda bürünc medala sahib olub

Marina Durunda bürünc medala sahib olub



Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə Dünya kuboku yarışları davam edir.

"Olimpnews.az” xəbər verir ki, gimnastımız Marina Durunda lentlə hərəkətlərdə hakimlərdən 18.500 xal alaraq Dünya kubokunun bürünc medalına sahib olub.

Bu proqramda yenə də Rusiya idmançıları fərqləniblər. Marqarita Mamun və Yana Kudryavtseva eyni xal toplayaraq (19.400 xal) qızıl medala layiq görülüblər.

Marina Durunda topla hərəkətlərdə 17.900 xalla sıralamada 7-ci olub.