Marina Durunda: “Bütün diqqətimi Rio-2016-ya yönəldəcəyəm”

Marina Durunda: “Bütün diqqətimi Rio-2016-ya yönəldəcəyəm”



Bədii gimnastika üzrə Dünya Kuboku yarışlarının bürünc mükafatçısı, ölkəmizi Rio-2016 Yay Olimpiya Oyunlarında təmsil edəcək Marina Durunda çıxışı ilə bağlı fikirlərinin KİV nümayəndələri ilə bölüşüb.

O deyib: "Bakıda Dünya Kuboku yarışları gərgin idman mübarizə şəraitində keçdi. Bu, Rio-2016 Yay Olimpiya Oyunlarından əvvəl mənim üçün yaxşı hazırlıq oldu. Səhvlərimin üzərində işləyib, bütün diqqətimi Rio-2016-ya yönəldəcəyəm".

Gimnastımız XXXI Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil etməyə layiq olduğunu sübut etmək çalışdığını və bunun üçün ciddi məsuliyyət daşıdığını bildirib. Ümid edirəm ki, olimpiadada layiqincə çıxış edə biləcəyəm.