Gənc idmançımız dünyasını dəyişib

Gənc idmançımız dünyasını dəyişib



Pouerliftinq idman növü üzrə 9 qat Azərbaycan, 3 qat Avropa və dünya çempionu Zərdüşt Həsrətov dünyasını dəyişib.

22 yaşlı idmançı ötən gün evdə tək olub, səhhətində qəfil problem yaranıb.

Həsrətovun yaxınlarının verdiyi məlumata görə, idmançı ürəkçatışmazlığından həyatını itirib.

Qeyd edək ki, "Zirvə" klubunun yetirməsi olan Zərdüşt Həsrətov 22 yaşını iyulun 7-də qeyd etmişdi.

ALLAH rəhmət eləsin!