Astarada həndbol üzrə respublika çempionatının zona yarışları keçirilib

Astarada həndbol üzrə respublika çempionatının zona yarışları keçirilib


Astara Olimpiya İdman Kompleksində idman məktəblərinin VI Respublika Oyunlarının proqramına daxil olan həndbol idman növü üzrə ölkə çempionatının zona yarışları keçirilib.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən zona yarışlarında Şirvan və Lənkəran şəhər, Neftçala, İsmayıllı, Cəlilabad, Astara, Masallı, Sabirabad rayonlarının komandaları iştirak ediblər.
Dörd gün davam edən zona yarışlarının final oyununda Astara və İsmayıllı rayonlarının komandaları qalib adı uğrunda mübarizə aparıblar.



Gərgin idman mübarizəsi şəraitində keçən final mərhələsində ismayıllılar rəqiblərini 9:8 hesabı ilə məğlub edərək birinci yeri tutublar. Zona birinciliyində Şirvan şəhərinin komandası üçüncü yerə sahib olub.
Qalib komandalar respublika çempiona
tının final mərhələsində mübarizə aparmaq hüququ qazanıblar.