Pəhləvanlarımız Rustavidən 8 medalla qayıdıblar

Pəhləvanlarımız Rustavidən 8 medalla qayıdıblar



Gürcüstanın Rustavi şəhərində yeniyetmə yunan-Roma güləşçiləri arasında beynəlxalq turnir keçirilib. 

Turnirdə Azərbaycan güləşçiləri yanaşı, Gürcüstan, İran, Rusiya, Ermənistan, Qazaxstan komandaları mübarizə aparıblar.
Yeniyetmələrdən ibarət yığma komandamız ümumilikdə 8 (2 qızıl, 2 gümüş və 4 bürünc) medala sahib olublar.
Qızıl medalları yığmamıza Zaur Əliyev (42 kq) və Fail İsgəndərov (46 kq) qazandırıb. Gümüş medallar Azər Muxtarlı (42 kq) və Elnur Musayevdən (54 kq) gəlib.

Bürünc medalları isə komandamızın aktivinə Araz Şükürzadə (42 kq), Mirsirac Həsənli (46 kq), Həsən Məmmədli (58 kq) və Nəsir Maşanov (76 kq) yazdırıb. Beləliklə, Azərbaycan komanda hesabında ikinci sırada qərarlaşıb. İlk sıranı Gürcüstan, üçüncü yeri isə İran pəhləvanları tutublar.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Tural Əliyev ölkəmizi təmsil edib.