Gənc pəhləvanlarımız dünya çempionatında yarışacaqlar

Gənc pəhləvanlarımız dünya çempionatında yarışacaqlar



Avqustun 30-dan sentyabrın 4-dək Fransanın Makon şəhərində güləş üzrə gənclər arasında dünya çempionatı keçiriləcək. Çempionatda hər üç güləş növü üzrə yığma komandamız da iştirak edəcək.

"Olimpnews.az” xəbər verir ki, çempionatın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaqlar. Böyük məşqçi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi altında ölkəmizi Ziyad Zeynalov (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), İslambek Dadov (66 kq), Zubair Dibirov (74 kq), İslam Abbasov (84 kq), Nizami Şəmilob (96 kq) və Həmzətxan İsrafilov (120 kq) təmsil edəcək.

Gənc qızların yarışında 4 güləşçimiz mübarizə aparacaq. Heyətdə Gülcahan Hacıyeva (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) yer alıb. Qadın güləşçilərimiz sentyabrın 1-2-də xalça üzərinə çıxacaqlar.

Çempionatın son iki günündə mübarizəyə qoşulacaq sərbəst güləşçilərimizə böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyev rəhbərlik edəcək. Heyətdə Əliabbas Rzazadə (50 kq), Əfqan Xaşalov (55 kq), Mahir Əmiraslanov (60 kq), Orxan Abbasov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Umar İsrailov (120 kq) yer alıb.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.