Sentyabrın 3-4-də Fransanın Makon şəhərində Dünya Güləş Birliyinin növbəti illik konqresi keçirilib.
Konqresdə Azərbaycan Güləş Federasiyasının (AGF) birinci vitse-prezidenti Namiq Əliyev yenidən Dünya Güləş Birliyinin (DGB) İcraiyyə Komitəsinin üzvü seçilib.
İllik tədbirdə DGB İcraiyyə Komitəsinin səlahiyyət müddətləri başa çatan üzvlərinin yerinə yeni seçkilər keçirilib. 2010-2016-cı illərdə Azərbaycanı bu qurumda təmsil edən və səlahiyyət müddəti başa çatan N.Əliyev namizədliyini yenidən irəli sürüb. Konqres iştirakçılarının böyük əksəriyyətinin səsini qazanan təmsilçimiz yenidən quruma üzv seçilib. Namiq Əliyev növbəti altı ildə DGB icraiyyə Komitəsinin üzvü kimi Azərbaycanı təmsil edəcək.
Xatırladaq ki, N.Əliyev ilk dəfə 2010-cu ildə Dünya Güləş Birliyinin İcraiyyə Komitəsinin üzvü seçilib.