Olimpiya çempionu yeni vəzifəyə təyin olunub

Olimpiya çempionu yeni vəzifəyə təyin olunub

Məşhur güləşçimiz, Olimpiya və dünya çempionu Fərid Mansurova yeni vəzifə verilib.

Olimpnews.az saytının məlumatına görə, o, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri təyin edilib. Qeyd edək ki, İdman şöbəsinin əvvəlki rəhbəri mərhum Mirkamil Rəhimov idi.

Fərid Mansurov yeni təyinatla bağlı fikirlərini bildirərkən deyib: "Həmişə idmanda olmuşam, müəyyən nəticələr qazanmışam. Sonradan Azərbaycan Güləş Federasiyasında baş məşqçi və vitse-prezident kimi çalışmışam. İndi isə mənə daha məsuliyyətli bir iş tapşırılıb. Görüləcək iş çoxdur. Nazirliyin işçiləri ilə birgə əl-ələ verib Azərbaycan idmanında olan problemləri aradan qaldıracağımıza inanıram. Ümid edirəm ki, mənə bəslənən etimadı layiqincə doğruldacağam”.

Xatırladaq ki, Fərid Mansurov 2004-cü ildə Afinada keçirilən Yay Olimpiya Oyunlarının qalibidir. O, 2007 və 2009-cu illərdə dünya çempionu adını qazanıb.