“Ocaq” idman klubu dünya çempionatında 4-cü yeri tutub

“Ocaq” idman klubu dünya çempionatında 4-cü yeri tutub



Sentyabrın 9-11-də Yaponiyanın Tokio şəhərində bədii gimnastika üzrə "Aeon Cup” adlı ənənəvi klublararası dünya çempionatı keçirilib.

"Olimpnews.az" Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, dünya çempionatında ölkəmizi Marina Durunda, Jalə Piriyeva, Zöhrə Ağamirovadan ibarət "Ocaq” İdman Klubu təmsil edib.

Yarışların nəticələrinə görə, "Ocaq” İdman Klubu 26 klub arasında 4-cü yerdə qərarlaşıb. Rusiyanın "Qazprom” klubu 1-ci, Belarusun "Dinamo” klubu 2-ci, Ukraynanın "Deriugina School” klubu isə 3-cü yeri tutub.