Hərbçilərin dünya çempionatı davam edir

Hərbçilərin dünya çempionatı davam edir




Makedoniyanın paytaxtı Skopye şəhərində Beynəlxalq Hərbi İdman Şurasının (CİSM) himayəsi altında güləş üzrə hərbçilərin 31-ci dünya çempionatı keçirilir. Çempionatda 35 ölkədən 300-dən çox idmançı qüvvəsini sınayır. Yarışlara sentyabrın 21-də start verilib.

Çempionatın ilk yarış günündə 4 sərbəst güləşçimiz mübarizə aparıb. 
Güləşçilərimiz günü 1 qızıl və 1 gümüş medalla başa vurublar.

Ağahüseyin Mustafayev (65 kq) və Coşqun Əzimov (70 kq) bütün görüşləri qələbə ilə başa vuraraq finala vəsiqə qazanıblar. Ağahüseyn Mustafayev final görüşündə Şimali Koreya idmançısı Gvanq Kinə 8:5 hesabı ilə qalib gələrək dünya çempionu tituluna layiq görülüb. Coşqun Əzimov isə final görüşündə Rusiya idmançısı Maqamed Qurbanəliyevə məğlub olaraq yarışı gümüş medalla başa vurub.

61 kq çəki dərəəcsində mübarizə aparan Mircəlal Həsənzadə isə 5-ci nəticə göstərib.
Dünya çempionatına ayın 24-də yekun vurulacaq.