Balakən Olimpiya İdman Kompleksində idman məktəblərinin VI Respublika Oyunlarının proqramına daxil olan 2001-2002-ci il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə ölkə birinciliyinin final mərhələsi başa çatıb.
Yarışlarda respublikanın 39 şəhər və rayonunu təmsil edən 200-dək idmançı 17 çəki dərəcəsi üzrə mübarizə aparıb.
VI Respublika Oyunlarında ilk üç yeri tutan idmançılar Gənclər və İdman Nazirliyinin diplom və medalları ilə mükafatlandırılıblar.