Beynəlxalq Olimpiya Komitəsi (BOK) Rio-2016 Yay Olimpiya Oyunlarında iştirak edən 3 idmançını cəzalandırıb. Buna səbəb həmin idmançıların yarışlara mərc qoymaları olub.
"Olimpnews.az" xəbər verir ki, bu barədə BOK-un rəsmi saytında məlumat verilib.
Beləliklə, 3 boksçu – irlandiyalı Maykl Konlan və Stiv Cerad Donelli, eləcə də britaniyalı Entoni Fauler beynəlxalq qurum tərəfindən cəzalandırılıb. Müvafiq olaraq İrlandiya Olimpiya Komitəsi və Britaniya Olimpiya Assosasiyasına ilə bağlı ciddi xəbərdarlıq edilib.