Azərbaycan idmançıları Küveytdə hədəfi nişan alıblar

Azərbaycan idmançıları Küveytdə hədəfi nişan alıblar

Aprelin 25-dən 29-dək Küveyt dövlətində keçirilən I Asiya Sportinq (idman ovçuluğu) Küveyt Qran-prisi yarışında Azərbaycan Atıcılıq Federasiyasının vitse-prezidenti Rasim Rzayevin rəhbərliyi ilə ölkəmizin yığma komandası da iştirak edib. İdmançılar kompakt sportinq və böyük sportinq üzrə iki mərhələdə yarışıblar. Beynəlxalq Sportinq Federasiyasının (FİTAS) prezidenti Jan Fransua da yarışla əlaqədar Küveyt dövlətinə səfər edib.