Avropa çempionatında iki medal

Avropa çempionatında iki medal

Azərbaycanın kempo komandası Litvanın Kaunas şəhərində keçirilən qrapplinq üzrə Avropa çempionatında iştirak edib.

Olimpnews.az saytının məlumatına görə, komandamız çempionatda 8 idmançı ilə təmsil olunub.
Kempoçulardan 17 yaşlılar arasında Toğrul İbrahimli (56 kq) və böyüklərin mübarizəsində Pərvin Hacıyev (100 kq) gümüş medala layiq görülüblər.

Avropa çempionatında komandaya Beynəlxalq Kempo Federasiyasının Azərbaycanda səlahiyyətli nümayəndəsi Rauf İbrahimov başçılıq edib.