Bakıda Avrasiya çempionatı keçiriləcək

Bakıda Avrasiya çempionatı keçiriləcək
Oktyabrın 16-da Şağan Olimpiya İdman Kompleksində kempo full və kempo submission idman növü üzrə Avrasiya çempionatı keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Şərq Döyüş Növləri Federasiyaları Assosiasiyasının dəstəyi və "Toğrul” şərq əlbəyaxa döyüş növləri və təkmübarizlik sənəti klubunun təşkilatçılığı ilə keçiriləcək yarışda Avropa və Asiyadan olan idmançılar da iştirak edəcəklər.

Qeyd edək ki, Avrasiya çempionatı ikinci dəfədir ki, Bakıda təşkil olunacaq.