Beynəlxalq Gimnastika Federasiyasının (FIG) ali orqanı olan Konqresin növbəti - 82-ci iclası 2018-ci il dekabrın 2-3-də Bakıda keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, Azərbaycan Gimnastika Federasiyasından verilən xəbərə görə bu barədə qərar FIG-in Tokioda keçirilən 81-ci Konqresində qəbul olunub.
FIG-in Bakıda keçiriləcək Konqresində bu quruma üzv olan federasiyaların nümayəndələri və şura üzvləri iştirak edəcəklər.
Xatırladaq ki, Azərbaycan paytaxtı bu mötəbər tədbirlə yanaşı, 2017-ci ildə FIG-in Şura iclasına da ev sahibliyi edəcək.