IV İslam Həmrəyliyi Oyunlarına dəstək yarışları keçirilib

IV İslam Həmrəyliyi Oyunlarına dəstək yarışları keçirilib

Paytaxtın Nizami rayonunda gələn il Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarına dəstək yarışları təşkil edilib.

Olimpnews.az saytının məlumatına görə, rayon məktəbliləri arasında təşkil olunan idman yarışları Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 8-ci qrant müsabiqəsi çərçivəsində keçirilib.

Məktəblilərin futbol, basketbol və voleybol üzrə yarışları gərgin idman mübarizəsi ilə yadda qalıb. Turnirdə ilk üç yeri tutan idmançılar diplom və medallarla təltif olunublar.