Yeniyetmələr İranda yarışacaqlar

Yeniyetmələr İranda yarışacaqlar



İranın İsfahan şəhərində kiçik yaşlı yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə "Day of children” beynəlxalq turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından "Olimpnews.az”a verilən məlumata görə, beynəlxalq turnir noyabrın 17-dən 18-dək davam edəcək.
Məşqçilər Elşad Allahverdiyev və Ruslan Şəmilovun rəhbərliyi altında 9 sərbəst güləşçimiz qonşu ölkəyə yollanacaq. Heyətdə Mircavad Nəbiyev (35 kq), Riyad Aslanov (38 kq), Elmir Cəlilov (42 kq), Mürşüd Hüseynov (47 kq), Məhəmməd Əhmədov (53 kq), Əşrəf Aşirov (59 kq), Rəşad Əzizov (66 kq), Valeh Həmidov (73 kq) və Fuad Mailov (85 kq) yer alıblar.

Yunan-Roma güləşçiləri böyük məşqçi Əfsər Namazəliyev və məşqçi Fuad Alıyevin rəhbərliyi altında yarışa qatılacaqlar. Heyətdə 10 güləşçi yer alıb. Səbuhi Yunusov (32 kq), Rəşad Məmmədov (35 kq), Tural Mehdiyev (38 kq), Həsrət Cəfərov (42 kq), Elmir Əliyev (47 kq), Murad Əhmədəliyev (53 kq), Vəfadar Cəfərov (59 kq), Ruslan Hədisov (66 kq), Elxan Rəfiyev (73 kq) və Murad Şahrayev (85 kq) ölkəmizi təmsil edəcəklər.

Görüşlərin idarə edilməsində beynəlxalq dərəcəli hakim Kamran Əliyev iştirak edəcək.