Xaçmazda zona mərhələsinin qalibləri müəyyənləşib

Xaçmazda zona mərhələsinin qalibləri müəyyənləşib

Xaçmaz şəhər stadionunda "Vətənin müdafiəsinə hazıram” poliatlon çoxnövçülüyü üzrə respublika çempionatının zona mərhələsinin yarışları keçirilib.
Çağırışçı gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, gənclərdə vətənpərvərlik və vətəndaşlıq hisslərinin yüksəldilməsi məqsədilə keçirilən yarışmada 8 komanda qalib adı uğrunda mübarizə aparıb.
Birincilikdə ilk pilləni tutmuş Xaçmaz komandası ilə yanaşı, müvafiq olaraq II və III yerləri tutmuş Qusar və Siyəzən təmsilçiləri də may ayının əvvəlində İsmayıllı rayonunda keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanıblar.