"Zenit”in təşkilatçılığı ilə Spartakiada yarışları davam edir

"Zenit”in təşkilatçılığı ilə Spartakiada yarışları davam edir



"Zenit” Bədən Tərbiyəsi İdman Cəmiyyəti (BTİC) 1993-cü ildən fəaliyyət göstərir. Fəaliyyətə başladığı dövrdən etibarən bu quruma aid olan müəssisə, idarə və təşkilatlarda, bədən tərbiyəsi və idmanın təbliğinə, həmçinin təşkilinə xüsusi diqqət ayrılır. "Zenit” İC RŞ Elektroenergetika və elektrotexnika sənayesi, Metropoliten İşçiləri Həmkarlar İtifaqı Birliyi (HİB), "Bakı Stil Kompani”, Aviasiya işçiləri, Avtomobil Nəqliyyatı və Yol Təsərrüfatı İşçiləri Müdafiə Sənayesi İşçiləri Həmkarlar İttifaqının Respublika komitələri birlikdə bir sıra idman tədbirlərini təşkil edir.

"Zenit” İdman Cəmiyyətinin xidmət sahəsinə daxil olan müəssisə və təşkilatların Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Gününə həsr olunmuş XIX Respublika Spartakiadası davam edir. Spartakiadaya oktyabrın 11-də start verilib. Spartakiadanın keçirilməsində əsas məqsəd zəhmətkeşlərin sağlamlığının möhkəmləndirilməsi, onların bədən tərbiyəsi və idman məşğələlərinə cəlb edilməsini təmin etmək, müəssisə və təşkilatların fəhlə və qulluqçuların asudə vaxtlarını səmərəli keçirmək, bədən tərbiyəsi və idman yarışlarını daha yaxşı təşkil etmiş müəssisələri, təşkilatları müəyyən etməkdən ibarətdir. 
Yarış iştirakçıları 10 idman növü üzrə - futbol, voleybol, kəndirdartma, stolüstü tennis, daşqaldırma, qol güləşi, nərd, dama, şahmat və güllə atıcılığı üzrə yarışırlar. Artıq spartakiadada mini futbol, voleybol və kəndirdartma üzrə yarışlarda qaliblər müəyyənləşib. 
Stolüstü tennis, dama, daşqaldırma, qol güləşi və nərd yarışlarına bugünlərdə yekun vurulub. Metropoliten işçiləri HİB komandası daşqaldırmadan başqa digər adıçəkilən növlərdə bütün rəqiblərinin qabaqlayaraq birinci yerə layiq görülüb, daşqaldırmada isə 2-ci yeri tutub. Bu növdə fəxri kürsünün ən yüksək pilləsində Avtomobil nəqliyyatı və təsərrüfatı komandası qərar tutub. Həmin komanda stolüstü tennis və nərd yarışlarında 2, qol güləşi və dama yarışlarında 3-cü yerlə kifayətlənib. Aviasiya işçiləri HK RK stolüstü tennis, daşqaldırma və nərddə üçüncü nəticə göstərib. Müdafiə sənayesi işçiləri Hİ RK qol güləşi və dama növü üzrə yarışlarda 2-ci, daşqaldırmada isə 3-cü yerə layiq görülüb. Aviasiya işçiləri HK RK isə stolüstü tennis, daşqaldırma və nərddə fəxri kürsünün üçüncü pilləsində qərar tutublar.

Spartakiadanın ümumi komanda birinciliyində ilk üç yeri tutan iştirakçılar xatirə kubokları və diplomlarla mükafatlandırılıblar. Ayrı-ayrı növlərdə isə I yeri tutan iştirakçılar "Zenit” İC RŞ-nın müvafiq dərəcəli diplomları və qiymətli hədiyyələrlə təltif olunublar.
Spartakiadaya noyabrın 23-də yekun vurulacaq.


Səadət