Güləş üzrə “Qızıl Qran-pri” turnirinə start verilib

Güləş üzrə “Qızıl Qran-pri” turnirinə start verilib



Noyabrın 24-dən 26-dək Bakıda ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi keçirilir.

"Olimpnews.az" xəbər verir ki, yarışlara bu gün start verilib. 
Sayca 9-cu dəfə təşkil edilən turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir. Yarışların ilk günündə baş məşqçi əvəzi Firdovsi Umudovun rəhbərliyi altında 22 güləşçimiz mübarizəyə qoşulub. 
Sabah yarışda baş məşqçi Semyon Çterevin 12 yetirməsi qüvvəsini sınayacaq. 
Yunan-Roma güləşçilərimiz isə yarışın son günündə mübarizə aparacaqlar. Baş məşqçi əvəzi Akif Əliyevin rəhbərliyi altında 23 güləşçimiz medal uğrunda qüvvəsini sınayacaq.