Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə "Qızıl Qran-pri” beynəlxalq turnirinin final mərhələsi davam edir.
Sayca 9-cu dəfə təşkil olunan turnirdə 50-dən artıq ölkədən 700-ə yaxın güləşçi iştirak edir.
Proqrama əsasən, yarışın ilk günündə sərbəst güləşçilər yarışıblar. Bu gün qadın güləşçilər mübarizəyə qoşulublar.
Baş məşqçi Semyon Çterevin rəhbərlik etdiyi məşqçilər korpusunun başçılığı altında 12 qadın güləşçimiz birincilik uğrunda mübarizə aparır. Yarışda ölkəmizi Patimat Baqomedova, Şəfəq Muradzadə, Sona Tumarxanova (hər üçü 48 kq), Leyla Qurbanova, Anjela Doroqan (hər ikisi 53 kq), Alyona Kolesnik, Solmaz Həşimzadə (hər ikisi 55 kq), Tatyana Omelçenko, İrina Netreba (hər ikisi 60 kq), Elmira Qəmbərova (63 kq), Elis Manolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edirlər.