"Liverpul” klubunun və İngiltərə yığmasının sabiq futbolçusu Stiven Cerrard karyerasını başa vurub.
Bu barədə 36 yaşlı yarımmüdafiəçi özü açıqlama verib. O, ABŞ-ın "Los Anceles Qalaksi” komandası ilə müqaviləsinin müddəti başa çatan kimi karyerasını başa vuracağını demişdi.
Xatırladaq ki, məhz ingiltərəli futbolçunun böyük əzmkarlığı sayəsində "Liverpul” 2004/2005-ci il UEFA Çempionlar Liqası mövsümünün İstanbulda keçirilən və hesabda 3:0 geri düşdüyü finalı qazanıb.
Qeyd edək ki, 1998-2015-ci illər ərzində "Liverpul”un formasını geyinmiş Cerrard "qırmızılar”ın heyətində ümumilikdə 710 oyunda 186 qol vurub. O, 2000-2014-cü illər ərzində şərəfini qoruduğu İngiltərə yığmasında isə 114 matçda 21 dəfə fərqlənib.