Gimnastlarımız dördüncü yeri tutublar

Gimnastlarımız dördüncü yeri tutublar


İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya kuboku yarışları və beynəlxalq turnir start götürüb.
Gülsüm Şəfizadə, Səbinə Ümmətova, Aynur Mustafayeva, Emiliya Bağıyeva və Nilufər Niftəliyevadan ibarət gənclər komandamız çoxnövçülükdə 15,6 bal toplayaraq dördüncü yeri tutub. Çoxnövçülükdə ən yaxşı nəticə göstərən Rusiya komandası 16,45 bal toplayıb. Gimnastlarımız yarışda Bolqarıstan, İtaliya idmançıları və digər güclü rəqiblərini qabaqlayıblar.
Dünya kubokunda şəxsi birincilikdə iki hərəkətdən sonra Azərbaycan gimnastları Marina Durunda (34,466 bal) və Lalə Yusifova (33,350 bal) ilk onluğa düşüblər. Azərbaycanın yaşlı gimnastlardan ibarət yığması isə gürz ilə hərəkətlərdən sonra 15,15 bal toplayaraq doqquzuncu yerdə qərarlaşıb.