Mayın 4-5-də Naxçıvan Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş yunan-Roma güləşi üzrə gənclər arasında "Naxçıvan kuboku” ənənəvi beynəlxalq turniri keçiriləcək.
Turnirdə iştirak edən komandalar, püşkə əsasən, iki yarımqrupda mübarizə aparacaqlar. Kubok yarışlarında Azərbaycan, Naxçıvan, Rusiya, Türkiyə, İran, Gürcüstan, Özbəkistan və Ukrayna komandaları iştirak edəcəklər.
Turnirin proqramına əsasən, mayın 4-də qrup görüşləri, mayın 5-də isə final və 3-4-cü yerlər uğrunda görüşlər keçiriləcək. Yarışın rəsmi açılış mərasimi may ayının 4-də olacaq.
İlk üç yeri tutan komandalar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunacaqlar.