Bakıda Birinci Avropa Oyunlarının AOK Koordinasiya Komissiyasının birinci görüşü keçirilmişdir

Bakıda Birinci Avropa Oyunlarının AOK Koordinasiya Komissiyasının birinci görüşü keçirilmişdir



Aprelin 29-da "Hilton” mehmanxanasında Birinci Avropa Oyunlarının Avropa Olimpiya Komitəsi (AOK) Koordinasiya Komissiyasının birinci görüşü keçirilmişdir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkey, Koordinasiya Komissiyasının sədri və Yunan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos və digər şəxslər iştirak etmişlər.
İclasda 2015-ci ildə Bakıda təşkil ediləcək Birinci Avropa Oyunlarına hazırlıqla bağlı bütün məsələlər müzakirə edilmiş, AOK Koordinasiya Komissiyasının məruzələri dinlənilmişdir.