Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbələri Azərbaycan Gimnastika Federasiyasında (AGF) olublar.
Tələbələrə federasiya, milli komandamız, yerli və beynəlxalq yarışlar, eləcə də gimnastikanın növləri haqqında ətraflı məlumat verilib. AGF-in nümayəndələri ötən il Bakıda keçirilən I Avropa Oyunları zamanı Milli Gimnastika Arenasında təşkil olunan yarışlar barədə təqdimatla çıxış ediblər.
ADBTİA tələbələrin dünyagörüşlərini artırmaq və idmanı bir mədəniyyət növü kimi təbliğ etmək məqsədilə ölkədə fəaliyyət göstərən bir sıra federasiyalarla sıx əməkdaşlıq aparır.