Milli Gimnastika Arenası ilin son yarışına ev sahibliyi edəcək

Milli Gimnastika Arenası ilin son yarışına ev sahibliyi edəcək



Milli Gimnastika Arenası bu ilin son gimnastika yarışına ev sahibliyi edəcək. Dekabrın 16-17-də arenanın köməkçi zalında kişi və qadın idman gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı, Bakı birinciliyi və akrobatika gimnastikası üzrə 23-cü Azərbaycan çempionatı keçiriləcək.

Yarışların hər iki günü kişi idman gimnastları 6 yaş kateqoriyası (yeni başlayanlar- 2008/2009, kiçiklər- 2006/2007, balacalar – 2003/2004, yeniyetmələr -2001/2003, gənclər -1998/2001, böyüklər - 1998-ci il təvəllüdlü və daha böyüklər), qadın idman gimnastları isə 4 yaş kateqoriyasında (kiçiklər - 2009, uşaqlar 2007/2008, balacalar 2006, gənclər və böyüklər 2002-ci il və daha böyüklər) qüvvələrini sınayacaqlar.
Akrobatika gimnastikası üzrə isə balacalar (2002/2010), uşaqlar (2000/2007) yeniyetmələr (1998/2006) və böyüklər (2002-ci il təvəllüdlü və daha böyüklər) yaş kateqoriyasında kişilərdən ibarət cütlük, qadın cütlükləri, qarışıq cütlüklər və qadınlardan ibarət qruplar qarışıq, balans və temp hərəkətlərində yarışacaqlar.
Yarışlarda Bakı Gimnastika Məktəbi, Nizami rayonu İdman Məktəbi, "Ocaq Sport” İdman Klubu, "Neftçi” klubu, Respublika Olimpiya İdman Liseyi və Sumqayıt şəhərini təmsil edən 115 gimnast medal uğrunda yarışacaq.