Güləşçilərimiz Macarıstanda 2 medal qazanıblar

Güləşçilərimiz Macarıstanda 2 medal qazanıblar



Macarıstanın paytaxtı Budapeşt şəhərində qeyri-Olimpiya çəki dərəcələri üzrə güləşçilərin dünya çempionatı başa çatıb. 

"Olimpnews.az" xəbər verir ki, çempionatda ölkəmizi sərbəst, yunan-Roma və qadın güləşi üzrə 6 idmançı təmsil edib. Pəhləvanlarımız yarışı iki medalla başa vurublar.

Medalları yığmamızın aktivinə yunan-Roma güləş yarışlarında Həsən Əliyev (71 kq) və sərbəst güləşdə Əhmədnəbi Qvarzatilov (61 kq) qazandırıblar.