Dekabrın 10-11-də Belçikanın Antverpen şəhərində 18-ci Gymgala adlı tədbir keçirilib.
Azərbaycanın qrup hərəkətləri komandası da bu maraqlı idman tədbirində maraqlı çıxışları ilə yadda qalıb.
Ölkəmizin bədii gimnastika üzrə yığmasının üzvləri Siyana Vasileva, Ayşən Bayramova, Aleksandra Platonova, Diana Doman və Elif Zeynep Celepden ibarət qrup 5 lent, o cümlədən 3 gürz və 2 halqa ilə yerinə yetirdikləri kompozosiyalar Antverpendəki Lotto Arenasına toplaşmış tamaşaçılara zövqlü anlar yaşadıb.
Tədbirin ulduz idmançıları arasındaRio-2016 Yay Olimpiya Oyunlarının idman gimnastikası üzrə çempionları Oleq Vernyayev və Sanne Vevers, həmçinin batut gimnastikası üzrə qızıl medalçısı Vladislav Qonçarov da olub. Azərbaycanla yanaşı tədbirdə Belçika, Böyük Britaniya, Rusiya, Ukrayna, İsrail, Danimarka və Niderlanddan olan tanınmış gimnastlar çıxış ediblər.