Dünya Güləş Birliyi (DGB) ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
"Olimpnews.az" xəbər verir ki, sərbəst güləşçilərimizdən 15 nəfəri DGB-nin reytinq siyahısında öz yerlərini tutub. Onlardan 7-si öz çəki dərəcələrində ilk onluğa daxil olub.
Rio-2016 Yay Olimpiya Oyunlarının gümüş medalçıları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq) reytinqdə 2-ci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçıları Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) isə siyahıda 3-cü pilləni tutublar. Onluğa daxil daha bir güləşçimiz isə Cəmaləddin Məhəmmədovdur (125 kq).
Qeyri-Olimpiya çəki dərəcəsində dünya çempionatının bürünc medalçısı Əhmədnəbi Qvarzatilov (61 kq) da reytinqə 3-cü sıradan daxil olub.