Məşəlin kosmosa aparılması təsdiqləndi

Məşəlin kosmosa aparılması təsdiqləndi


Rusiyanın "Roskosmos” dövlət şirkəti Soçi-2014 Olimpiadasının məşəlinin kosmosa aparılacağını təsdiqləyib. Məşəlin açıq kosmosa qaldırılmasının ssenarisi Beynəlxalq Olimpiya Komitəsi (BOK) tərəfindən razılaşdırılıb.
Qeyd edək ki, olimpiadanın məşəli kosmosa söndürülmüş formada aparılacaq. "Bu, məşəlin surəti olmayacaq. Soçi Olimpiadası üçün yüzlərlə məşəl hazırlanıb. Məhz həmin məşəllərdən birinin kosmosa aparılması nəzərdə tutulub”, - deyə "Roskosmos”un direktor müavini Vitali Davıdov bildirib.
Xatırladaq ki, XXII Qış Olimpiya Oyunlarının məşəl estafeti 123 gün davam edəcək və bu zaman 75 min km məsafədən keçəcək. Məşəl Avropanın ən hündür zirvəsi olan Elbrus dağına qaldırılacaq, oradan isə Baykal gölünün dibinə endiriləcək. Sonra isə məşəlin Şimal qütbünə aparılması nəzərdə tutulub.