Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.
"Olimpnews.az xəbər verir ki, qadın güləşçilərin reytinq sıralamasında 7 güləşçimizin adı var. Onlardan 3-nün adı onluğa daxil edilib.
Ən yüksək göstərici Rio-2016 Yay Olimpiya Oyunlarında 48 kq çəkidə gümüş medal qazanan Mariya Stadnikə məxsusdur. Güləşçimiz reytinqdə də ikinci sırada qərarlaşıb. Olimpiadanın bürünc medalçısı Nataliya Sinişin (53 kq) isə reytinqdə 4-cü olub. Olimpiadanı 5-ci sırada tamamlayan Yuliya Ratkeviç (58 kq) 6-cı pillədə qərarlaşıb.