Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Kozak jurnalistlərlə görüşündə Soçi Olimpiadasının təhlükəsizliyi ilə bağlı danışıb.
"ABŞ-ın Boston şəhərində marafon yarışlarında baş verən terror aktı bizi daha diqqətli olmağa vadar edir. İnsanların təhlükəsizliyinin təminatı bizim əsas işimizdir. Əlimizdən gələni edəcəyik ki, XXII Qış Olimpiadasında faciə baş verməsin. Hazırda Olimpiya qurğularında test yarışları keçirilir. Amma demək olmaz ki, biz hər şeyə hazırıq. Təhlükəsizliyin təminatı üçün, Bostonda həyata keçirilən terror aktının Soçidə təkrarlanmaması üçün bütün tədbirlərin hər bir xırdalıqları təhlil olunmalıdır”, - deyə Dmitri Kozak bildirib. Xatırladaq ki, aprelin 19-da Bostonda təşkil olunan marafon yarışında terror aktı törədilib. Partlayış zamanı 3 nəfər həyatını itirib, 183 nəfər isə yaralanıb.