Rusiyanın Krasnoyarsk şəhərində sərbəst güləş üzrə İvan Yarıgin adına Qran-pri yarışları keçirilir.
Sayca 28-ci dəfə keçirilən beynəlxalq turnirdə ölkəmiz də təmsil olunur. Qadın güləşi yarışlarında Elis Manolova (69 kq) bürünc medala layiq görülüb.
İlk görüşündə ABŞ təmsilçisi Tamira Mensaha uduzan təmsilçimiz rəqibin finala yüksəlməsi ilə təsəlliverici görüşə haqq qazanıb. Monoqlustan idmançısı Tsetsegbayar Byambadorju məğlub edən güləşçimiz bürünc medal uğrunda mübarizəyə qoşulub. Elis Manolova həlledici görüşdə Rusiya təmsilçisi Xanım Vəliyevanı məğlub edərək turnirin bürünc medalını qazanıb.