Rusiya Prezidenti Vladimir Putin Soçi-2014 Olimpiadasının hazırlığına ayrılan məbləğ barədə açıqlama verib. Onun sözlərinə görə, Olimpiya oyunları üçün federal büdcədən 99 milyon rubl ayrılıb.144 milyard rubl isə səhmdarların payına düşüb. "Olimpiadaya hazırlıqla bağlı müxtəlif fikirlər səslənməkdədir. Mən rəsmi şəkildə bildirirəm ki, Soçi-2014 Olimpiya Oyunlarına federal büdcədən 99 milyrd rubl ayrılıb. Obyektlərin tikintisinə səhmdarlar tərəfindən 144 milyard vəsait xərclənəcək. Qeyd etdiyim pullar Soçidə 2 media kəndinin, 14 idman qurğusunun və 22 ədəd təchizat obyektinin inşasına sərf olunacaq”, - deyə Vladimir Putin bildirib. Rusiya Prezidenti əlavə edib ki, Soçidə işlər cədvəl üzrə aparılır və qurğular nəzərdə tutulan vaxta qədər hazır olacaq.