Azərbaycan Avropa Triatlon Şurasının Baş Assambleyasında təmsil olunacaq

Azərbaycan Avropa Triatlon Şurasının Baş Assambleyasında təmsil olunacaq

Fevralın 18-19-da Romada Avropa Triatlon Şurasının (ETU) Baş Assambleyası keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, tədbirdə Azərbaycan Triatlon Federasiyasının prezidenti Azər Məhərrəmov və baş katib Cavad Axundzadə iştirak edəcəklər.

Baş Assambleya çərçivəsində ETU-nun idarə heyətinin üzvləri müəyyən olunacaq.

A.Məhərrəmov ETU-nun komissiya üzvüdür. Həmin komissiya marketinq, KİV ilə əlaqə, kommunikasiya, ümumilikdə triatlonun inkişafı istiqamətləri üzrə fəaliyyət göstərir.