I Avropa Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirilib

I Avropa Oyunlarına hazırlıqla bağlı mətbuat konfransı keçirilib



Aprelin 30-da Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikkey və Azərbaycan gənclər və idman naziri Azad Rəhimovun birgə mətbuat konfransı keçirilib.
Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışmış və idmançılarımızın qazandığı nailiyyətləri yüksək qiymətləndirmişdir.
Avropa Olimpiya Komitəsinin Koordinasiya Şurasının üzvlərinin ölkəmizdə olduğunu diqqətə çatdıran A.Rəhimov bu müddət ərzində respublikamızın idman infrastrukturunun təqdimatının keçirildiyini bildirib. İdman naziri qonaqların Olimpiya kəndində atletlər üçün yaradılmış şəraitlə tanış olduqlarını və buradakı şəraiti yüksək qiymətləndirdiklərini də söyləyib. A.Rəhimov ümumiyyətlə götürdükdə, birinci Avropa Oyunlarına hazırlıq işlərinin yüksək səviyyədə getdiyini bildirib.
Sonda Azərbaycanın turizm imkanlarından bəhs edən videoçarx nümayiş etdirilib.