Güləşçilərimiz Dünya kubokuna uğurla başlayıblar

Güləşçilərimiz Dünya kubokuna uğurla başlayıblar



İran İslam Respublikasının Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir.

Püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A” yarımqrupunda mübarizə aparır.

"Olimpnews.az" xəbər verir ki, ilk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Növbəti görüşdə millimizin rəqibi ABŞ idmançıları olacaq.