İran İslam Respublikasının Kirmanşah şəhərində böyüklər arasında sərbəst güləş üzrə dünya kuboku yarışları davam edir.
Püşkatmanın nəticəsinə əsasən, yığma komandamız Rusiya, Gürcüstan və ABŞ idmançıları ilə "A” yarımqrupunda mübarizə aparır.
İlk görüşdə Rusiya idmançıları ilə qarşılaşan güləşçilərimiz görüşü 4:4 hesablı bərabərliklə bitiriblər. Ancaq xalların keyfiyyətinə görə, 32:29 hesabı ilə öndə olan yığmamız görüşü qalib başa vurub. Yarımqrupun ikinci görüşündə yığmamız Gürcüstan güləşçilərini 5:3 hesabı ilə məğlub edib.
Növbəti görüşdə millimizin rəqibi ABŞ idmançıları olub. Komandamız qrupun son görüşündə ABŞ yığmasına 4:4 hesabı uduzaraq ikinci olub.
Yarımqrupun son görüşünü komandamız ABŞ idmançılarına qarşı keçirib. Ümumi hesab 4:4 olsa da, texniki xallara görə 20:14 hesabı ilə üstün olan ABŞ idmançıları finala yüksəliblər. Yarışda 74 kiloqram çəki dərəcəsində hesabda öndə olan güləşçimiz Murad Süleymanova hakimlər tərəfindən qeyri-obyektiv qərarlar nəticəsində texniki məğlubiyyət verilib.
Yığmamız digər yarımqrupun ikincisi olan Türkiyə komandası ilə bürünc medal uğrunda həlledici görüşə çıxacaq. Finalda İran və ABŞ komandaları qarşı-qarşıya gələcək.