Batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna start verilib

Batut gimnastikası və tamblinq üzrə Dünya kubokuna start verilib



Bakıda Milli Gimnastika Arenasında yeni Olimpiya dövrünün batut gimnastikası və tamblinq üzrə ilk dünya kuboku yarışı başlayıb. 

Yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi iki gün ərzində 2017-ci ildə qüvvəyə minən yeni qaydalar əsasında gərgin mübarizə aparacaq.

"Olimpnews.az” xəbər verir ki, dünya kubokunun birinci günündə təsnifat yarışları keçirilir.
Azərbaycanı bu yarışlarda fərdi və sinxron proqramda İlya Qrişunin, Oleq Piunov, Ruslan Ağamirov, Svetlana Makştarova, Veronika Zemlyanaya və tamblinq cığırında Mixail Malkin təmsil edirlər.
Kişi batutçular arasında Olimpiya Oyunlarının qızıl medalçısı Vladislav Qonçarov (Belarus), gümüş medalçı Dmitri Uşakov (Rusiya), dünya çempionatlarının mükafatçıları Sebastyan Martini (Fransa), Andrey Yudin (Rusiya), Mixail Melnik (Rusiya), qadın batutçulardan Tatyana Petrenya (Belarus) və Anna Kornetskaya (Rusiya) mötəbər yarışda yer alıblar.

Tamblinqdə isə kişilər arasında dünya çempionatının gümüş medalçısı Qriqori Noskov (Rusiya), qadınlar arasında Avropa çempionatının qızıl medalçısı Anna Korobeynikova (Rusiya), o cümlədən dünya və Avropa çempionatının gümüş medalçısı Lusi Kolbek (Böyük Britaniya) və digər gimnastlar məharətlərini nümayiş etdirirlər.