Bakıda Beynəlxalq Gimnastika Federasiyasının (FIG) batut gimnastikası və tamblinq üzrə Dünya kuboku yarışları keçirilir.
"Olimpnews.az” xəbər verir ki, Milli Gimnastika Arenasında keçirilən yarışda 15 ölkədən 85 batutçu və tamblinqçi medullar uğrunda mübarizə aparır. İlk gün təsnifat, ikinci gün isə final yarışları keçirilir.
Azərbaycanlı batutçu İlya Qrişunin batut gimnastikası və tamblinq üzrə FIG Dünya kubokunun finalına çıxıb. İdmançımız 110,715 xal yığaraq beçinci nəticə göstərib.
Ondan başqa finala müvafiq olaraq birinci və üçüncü yeri tutmaqla Rusiya nümayəndələri Dmitri Uşakov (112,990 xal) və Mixail Melnik (111,285 xal) vəsiqə qazanıb.
Rio-2016 Yay Olimpiya Oyunlarının çempionu, Belarus gimnastı Vladislav Qonçarov 112,055 xal yığmaqla ikinci nəticə ilə finala çıxıb.
Digər finalçılar Belarusdan Oleq Ryabtsev, Portuqaliyadan Dioqo Abreu, qazaxıstanlı Pirməmməd Əliyev və yaponiyalı Masaki İto olub.