Bakı daha bir Dünya kubokuna ev sahibliyi edəcək

Bakı daha bir Dünya kubokuna ev sahibliyi edəcək



Martın 16-dan 19-dək Bakıda kişi və qadın idman gimnastikası üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Dünya kuboku yarışı keçiriləcək. 
Bakının artıq ikinci ildir ev sahibliyi edəcəyi turnirdə 21 ölkədən 90 kişi, 46 qadın idmançı iştirak edəcək.

"Olimpnews”.az Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, turnirin ilk iki günündə təsnifat mərhələləri, sonuncu iki günündə isə ayrı-ayrı alətlər üzrə final yarışları keçiriləcək. Yeni ildən qüvvəyə minən qaydalara əsasən, kişi gimnastlar 6, qadın gimnastlar isə 4 dəst medal uğrunda mübarizə aparacaqlar.

2015-ci ildən etibarən Bakıda gimnastikanın bütün Olimpiya növləri üzrə Dünya Kuboku mərhələlərinin keçirilməsi artıq ənənəyə çevrilib. İrimiqyaslı beynəlxalq tədbirlərin zəngin təcrübəyə əsaslanaraq, yüksək səviyyədə təşkili ölkəmizdə gimnastikanın bütün növlərinin inkişafına böyük təkan verir. Dünya kubokunu izləmək üçün Milli Gimnastika Arenasına gələn tamaşaçılar tanınmış idman gimnastlarının təqdimatında güc, zəriflik və əzmkarlığı əks etdirən gərgin mübarizənin şahidi olacaqlar.