Novxanıda peyntboll yarışı keçriləcək

Novxanıda peyntboll yarışı keçriləcək

5 Mart ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günüdür. Olimpnews.az saytının məlumatına görə, bu tarix Prezident İlham Əliyevin "Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə geniş vüsət alır. 2012-ci ilin Azərbaycan Prezidenti tərəfindən "İdman ili” elan edilməsi respublikamızda idmana dövlət qayğısının bariz nümunəsidir. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb. İdman Fondu məhz həmin gün təsis edilib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoyulub.

İlham Əliyev 1997-ci ildə Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra ölkəmizdə idmana, bədən tərbiyəsinə diqqət daha da artdı. İdmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, idmançıların peşəkar səviyyədə hazırlanmasına göstərilən qayğı isə tezliklə öz müsbət nəticəsini göstərdi.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin və Azərbaycanın I vitse-prezidenti Mehriban xanım Əliyevanın ölkəmizdə idmana və idmanıçılara göstərdiyi diqqət və qayğı bütün idmansevərlər tərəfindən yüksək qiymətləndirlir.

Dövlət qayğısının nəticəsidir ki, idmançılarımız beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edir, bayrağımızı yükcəklərə qaldırırlar.
5 Mart Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə "Peyntboll” yarışı keçiriləcək. Yarışda Gənclər və İdman Nazirliyinin nümayəndələri, idmançılar, KİV-lər, tanınmış estrada ulduzları iştirak edəcəklər.

Qeyd etmək istərdik ki, bu hərbi-vətənpərvərlik ruhlu idman oyunundur. Turnir Azərbaycanın peyntbol tarixində bu formatda təşkil olunacaq ilk turnirdir.