Güləşçilərimiz Saxadan 2 medalla qayıdıblar

Güləşçilərimiz Saxadan 2 medalla qayıdıblar



Saxa Respublikasının paytaxtı Yakutskda Olimpiya çempionu Roman Dmitriyevin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə gənclər arasında 5-ci beynəlxalq turnir keçirilib.

Yığma komandanın məşqçisi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan gənc güləşçilərimiz turniri 2 - 1 gümüş və 1 bürünc medalla başa vurublar. Yalnız final görüşündə uduzan Asxab Həmzətov (96 kq) gümüş medal qazanıb. Digər güləşçimiz Abubakr Abakarov (74 kq) isə turnirin bürünc medalına sahib olub.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Tural Əliyev təmsil edib.