Komandamız beynəlxalq turnirdə 4 medal qazanıb

Komandamız beynəlxalq turnirdə 4 medal qazanıb



Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir keçirilib. 

"Olimpnews.az" xəbər verir ki, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandamızın üzvləri də iştirak ediblər.

Komandamız beynəlxalq turnirdə 4 (1 qızıl, 1 gümüş və 2 bürünc) medal qazanıblar. Qızıl medalı qadın güləşi yarışlarında 60 kq çəkidə mübarizə aparan Tatyana Omelçenko əldə edib. Digər güləşçimiz Türkan Nəsirova (48 kq) gümüş medala sahib olub.

Bürünc medalları isə sərbəst güləş üzrə kişilərin yarışında 65 kq çəki dərəcəsində mübarizə aparan Gitinomaqomed Hacıyev (65 kq) və Məhəmməd Müslümov qazanıb.